+994707959493 [email protected] Azure Business Centre

Yeni yaranmış saytların SEO təşviqatını aparmaq üçün 6 addım

Yeni yaranmış saytların SEO təşviqatını aparmaq üçün aşağıdakı təlimatlardan istifadə edə bilərsiniz.

Kontentə diqqət yetirin.

Saytınızı yaratmazdan   ilk öncə düzgün kontent seçməlisiniz. Kontent nə qədər güclü və anlaşıqlı olsa SEO təşviqatını aparmaq daha rahat və asan  olacaq. Saytınızın axtarış sistemlərində görünməsi üçün ilk öncə istifadəçilərin sizin saytınızı axtarmaq üçün hansı suallardan istifadə edəcəyini düşünün. Bunun üçün əvvəla  düzgün açar sözlərdən istifadə etməlisiniz.

Saytınızın yaşı az olduğu üçün axtarış sistemində yüksək sıralarda olmanız qeyri-mümkündür. Hətta demək olar ki, biznes saytlarının bir çoxunun diqqət etməli olduğu məqamlar var. Hansı ki, onlar axtarış sistemində yüksək sıralardan çox aşağıda olurlar. Hər zaman düşünməlisiniz ki, sizin saytınızı ziyarət edən 1000 nəfərdən ən azı 1-i sizin müştəriniz olmalıdır. Məzmununuz ilə onları cəlb edin. Ən azından 1 nəfəri belə öz saytınıza cəzb etməniz pis  nəticə deyil. Mütəmadi olaraq məqalələrinizi də yeniləməli, daima onlara nəzər yetirməlisiniz.

Kontenti yeniləmək üçün müxtəlif ölkələrə aid blog yazıları oxuyun. Əsas odur ki, bu oxuduqlarınızı vərdiş halına gətirin. Həftədə 2-3 dəfə bunu təkrar etsəniz, 6 aydan sonra işinizdə irəliləyişi görəcəksiniz.

Oxşar yazılar : Domen adı SEO-ya təsir edirmi ?

Saytınızda yarana biləcək texniki səhvlərə nəzarət edin

Təkcə saytınız da deyil, habelə yeni başladığınız hər hansı bir işdə də yarana biləcək texniki səhvlərə hər zaman fikir verməlisiniz. Unutmamalısınız ki, axtarış sistemi veb-saytlarınızdakı texniki səhvlərə belə nəzarət edir, qiymətləndirir.

Hər zaman texniki audit apardığınızdan əmin olun.Əgər çatışmazlıq yaranırsa mütləq şəkildə bu problemləri aradan qaldırmaq üçün mütəxəssislər cəlb edin. Bunu etdiyiniz təqdirdə problemlərin azaldığına şahidi olacaqsınız. Əgər aşağıdakı metodları mütəmadi şəkildə yoxlasanız saytınızda yarana biləcək texniki səhvlərə nəzarət etməyiniz daha asanlaşacaq.

  1. Daimi şəkildə virusların olmamasını nəzarət altında saxlayın.
  2. Saytların yüklənmə sürətini yoxlayın. 
  3. Sayt kodunun etibarlılığına, kod ölçüsünə diqqət edin.
  4. Daxili və xarici bağlantıların sayını müəyyən edin və nəzarət edin.
  5. Qırılan bağlantıların və boş səhifələrin olmamasına baxın.

 

Sadaladığımız metodlara diqqət yetirmədikdə hər zaman qarşılaşacağınız problemlərdən biri mütləq şəkildə bu metodlardan biri olacaqdır. Ona görə də hər zaman olmasa belə, ən azından olmasa belə, vaxtaşırı nəzərdən keçirin.

 

Fərdi davranış amillərinizə diqqət edin

 

Fərdi davranış amilləri hər zaman saytınızın tanıtımına faydalı təsir göstərəcəkdir. Çünkü axtarış sistemi həqiqi istifadəçini saxta veb-sayt istifadəçilərindən fərqləndirə bilir. Buna görə davranış amillərinizi gücləndirməyə çalışın. Əks təqdirdə, buna vaxtında diqqət yetirməsəniz daha sonra problemlər çıxacaqdır.

 

Faydalı davranış amillərinə nəzarət etmək üçün aşağıda verilənlərə diqqət edin.

 

  1. Bəyənilər və şərhlər buraxın.
  2. Ziyarətçi səhifələrə nəzər yetirin.
  3. Məzmundaı linkləri düzgün quraşdırın.
  4. Saytın görünüşünə diqqət edin.

 

Yeni yaranmış yaxud da uzun müddətli  saytlar üçün bu verilənlərə hər zaman diqqət ayırmalısınız:

 

  1. Saytınızın mobil versiyası üçün aplikasiya yaradın. İstifadəçilərin saytınızı kəşf etməsi üçün mobil versiya məqsədəuyğundur. 
  2. Şərhlərə diqqət ayırdığınız zaman ziyarətçilər saytınızda söhbət etməyə başlayacaqdır. Yazışmalar nə qədər uzanırsa, bir ziyarətçi sayta o qədər geri dönüş edər.
  3. Müxtəlif brauzerlərdə saytın düzgün işləməsinə diqqət edin. Unutmayın ki, bütün insanlar Chrome-dən istifadə etmir.
  4. Səhifənin yüklənməsini sürətləndirin: Uzun bir yükləmə prosesi saytı bağlamaq istəyini artırır və bağlayan istifadəçi bir daha o sayta geri qayıtmır.
  5. Prosesi asanlaşdırmaq və dizaynı yaxşılaşdırmaq üçün bütün bu tədbirləri yerinə yetirməlisiniz. Əks təqdirdə, bu işlə maraqlananlarla ya da menecerlərinizlə əlaqə saxlayaraq daha yaxşı dizayn və proseslər üçün kömək alın.
  6. Düzgün dizayn və asan istifadə,  uğursuzluqların sayını azaldır və istifadəçinin geri dönüşünü artırır.

 

 

Saytınızın optimizasiyasına diqqət edin.

 

Unutmamalıyıq ki, ziyarətçilər axtardıqları məlumatı tapmaq üçün bir çox saytdan  istifadə edirlər. Buna görə də siz ilk öncə saytınızı Google-Biznes və ya Yandeks-Məlumat kitabçasında qeydiyyata alın. Məsələn, `qiymət` sözü ilə suallar verilirsə o zaman sizin saytınız Google-da yaxud da Yandeks-də göstərilməlidir. Saytda aşağı hissələrdə olsanız belə ən azından axtarış sistemində sizin saytınız tapılacaqdır.

 

 Bundan əlavə, optimizasiya üçün əgər biznes saytına sahibsəniz diqqət ediləsi bir digər variant, müştəriyə ödəmə üsulunu seçmək imkanı verməkdir. Bəzən alıcılar üçün kart ödənişi kimi, elektron pul köçürmələri rahat olsa da, nəğd üsul da seçilən imkanlardandır. Hər iki tərəf üçün seçimlərin çeşidliliyi daha məqsədə uyğundur.

 

İstifadəçilər üçün saytda şirkət ünvanını,  əlaqə nömrələrini, yerləşdiyi məkanı xəritədə qeyd etməklə istifadəçilərin sizinlə daha asan əlaqə yaratmalarına şərait yaradın.

 

Xüsusi təkliflər, endirimlər və promosyonlar təklif edin. Çalışın fərqli endirimlərdən istifadə edin. Hər zaman alıcıların diqqətini çəkəcək kompaniyalar, satışların və ziyarətçilərin sayını artıracaqdır.

 

Müştərilərlə əlaqə yaratmaq qədər vacib olan bir digər şey: ziyarətçilərlə də əlaqə yaratmaqdır. Onların suallarına cavab vermək, şikayətlərini qəbul etmək üçün bir neçə şəhər nömrəsindən istifadə edin.

 

Ən əsası mərhələ, heç vaxt xəyallarınızı məhdudlaşdırmayın. Haradan başlamaq lazım olduğunuzu bilmirsinizsə, sənaye rəhbərlərinizin, digər biznes idarəçilərinin planlarına diqqət yetirin və onların əsasında özünüz üçün plan yaradaraq, inkişaf etdirməyə çalışın. Əgər yenə də bir şey alınmırsa narahat olmayın, yenə də dəvamlı olaraq qeyd etdiklərimizi edin. Unutmayın ki, müxtəlif imkanlar  fərqli zamanlarda təsadüfən gördüyünüz işlər  belə uğurla nəticələnə bilər. 

 

İstinadlardan istifadə edin.

 

Hər kəs tərəfindən toplu alış-verişin nə qədər riskli bir iş olduğunu bilirik. İstinadların kütləsini düşünmədən bunun nəticəsini az-çox təxmin edirik. Bunun əvəzinə yaxşı istinadlardan danışaq.

Əgər siz veb-sayt haqqında düzgün məlumata sahib deyilsəniz, onda bir neçə variantdan istifadə etməli olacaqsınız.

 

  1. İstifadəçilərin tələblərinə tam cavab verən, həqiqətən yüksək keyfiyyətli məzmun dərc edin.
  2. Sosial şəbəkələrdən istifadə edin, icmalar yaradın. Beləliklə, istifadəçilər saytınızı tanışları ilə bölüşə bilsinlər.
  3. Məzmununuzu bölüşmək üçün istifadəçilərə rahat bir fürsət verin. Sosial şəbəkələrdə, digər istifadə etdiyiniz saytınızın sosial şəbəkələrini qeyd edin.
  4. Saytınız üçün daha yaxşı mövzular apın.
  5. Saytınızın reklamı üçün sosial şəbəkələrdən istifadə edin. Beləcə sizi ziyarət edənlərin sayı artacaqdır.
  6. Razı qalan istifadəçilərdən qaynağınızı paylaşmasını istəyin.

Saytınızın yeni yaranmasından yaxud da uzunmüddətli fəaliyyətdə olub-olmamasından asılı olmayaraq hər zaman bu variantlara diqqət ayırın. Çünkü vacib olan şey saytınızın kontenti və reklamıdır.Gələcəkdə SEO təşviqat işinin aparılması üçün hər hansı SEO xidməti göstərən şirkətə müraciət edərkən də nəticələri daha tez əldə etmək mümkün olacaq.

 

SEO