+994709659493 [email protected] Əhməd Rəcəbli 11, Bakı

SEO xidmətinə hansı xidmətlər daxildir?

İnternet ən təsirli satış vasitələrindən biridir. Ancaq saytınızın Yandex və Google 1-ci səhifəyə  daxil olması üçün SEO  xidmətləri göstərən mütəxəssislərin köməyinə ehtiyacınız var. Ancaq bu zaman siz veb saytınıza stabil hədəf auditoriyası istifadəçilərinin axınını təşkil edə bilərsiniz, hansı ki, sizin məhsulla maraqlanırlar və almaq istəyirlər.

SEO xidmətinə hansı xidmətlər daxildir?

SEO xidmətinə aşağıdakılar aiddir:

Saytın texniki auditi

Texniki audit çox zaman seo mütəxəssisin yoxlama siyahısı adlandırırlar. Bu zaman saytın internetdə təşviqinə mane olan  texniki səhvlər müəyyən olunur.

Texniki auditin köməkliyi ilə saytdakı səhvlər aradan qaldırılır və gələcək indeksasiya və sıralama üçün maneələr aradan qaldırılmış olur.

Semantik nüvənin yığılması

Bu mərhələ ən vacib mərhələlərdən sayılır. Bu mərhələdə saytın seo xidməti vasitəsilə təşviqatı üçün açar sözlər müəyyən olunur,qruplaşdırılır və səhifələrə görə bölünür. Düzgün seçilmiş açar sözlər şirkətin gələcək uğurlu təşviqatını müəyyən edir.

Açar sözlərlə işlər özündə aşağıdakıları birləşdirir:

  • Saytın mövzusunun müəyyən edilməsi və əsas sözlərin müəyyən olunması, hansı ki, istifadəçilər sizin xidməti və məhsulu tapmaq üçün istifadə edirlər.
  • Seçilmiş istiqamətlər üzrə açar sözlərin seçilməsi
  • Hər bir səhifə üçün müvafiq açar sözlərin seçilməsi
  • Saytınızın daima verilmiş açar sözlər üzrə axtarış sistemlərində yoxlanılması

Bir çox SEO mütəxəssisləri hesab edirlər ki, saytın optimizasiyası üçün 5-10 açar söz kifayət edir. Ancaq əgər saytınızda geniş çeşid məhsullar varsa onda belə limitlər əlbəttə seo xidmətinin effektivliyini azaldacaq.

Yeni kontentin yazılması

Kontent, ziyarətçini sizin saytınıza keçməyə təşviq edə biləcək sayta əlavə olunan bütün məlumatlardır. Kontentin yenilənməsi mütəmadi olaraq aparılmalıdır, əks halda axtarış sistemlərinin sıralanmasında resursunuz tədricən üst mövqelərdən gedəcəkdir.

Kontent saytın mövzusuna, açar sözlərə  və təbliğat məqsədlərinə uyğun olmalıdır.

Səhifələrin optimizasiyası

Saytın optimallaşdırılması prosesi əvvəlki mərhələlər qədər nəzərə çarpmır, lakin bu mürəkkəb və uzun iş mərhələsi olmadan saytınızın   təşviqi mümkün deyil.

Saytın optimizasiyası aşağıdakılar daxildir:

• Saytın ilkin optimizasiyası . Bu axtarış sorğuları üçün səhifələrin səthi optimizasiyasıdır. İlkin optimizasiya saytınızdakı səhifələrin əksəriyyətini tez bir zamanda optimizasiya etməyə imkan verir.
• Saytın dərin  optimizasiyası . Bu prosess özündə axtarış sistemlərində yer tutan ilk 10 saytın analikasını və səhifələrinin gələcək optimizasını əhatə edir. Daha yaxşı nəticələr əldə etmək üçün saytın dərin optimizasiyasını bir müddət sonra yenidən həyata keçirmək lazımdır. Bu imkan verir, lazımı dəyişikliklər edilsin və açar sözlərə görə daha yüksək yerlər əldə edilsin.

Kontentin optimizasiyası  xidməti hərtərəfli bir işdir və dəyişiklikləri izləmək və vaxtında düzəliş etmək üçün mütəmadi olaraq SEO mütəxəssisi tərəfindən aparılmalıdır.

Linkləmə

Linkləmə prosesi, təqdim olunan SEO  xidmətinin ən vacib mərhələlərindən biridir. Əgər iş düzgün aparılırsa, bu, təbliğ olunan səhifələrin çəkisinin əhəmiyyətli dərəcədə artmasına, saytın vəziyyətinin yaxşılaşmasına, trafikin və satışın artmasına səbəb olacaqdır. Bağlantılar həm avtomatik, həm də əllə edilə bilər (seo mütəxəssis tərəfindən).

Sayt quruluşunun təkmilləşdirilməsi

Saytınızın xüsusiyyətlərindən asılı olaraq quruluşun optimaziyası həm zəruri, həm də yararsız ola bilər. Bir saytın quruluşu onun indeksləşdirilməsini, mövqeyini və davranış amillərini müəyyənləşdirir. Bu vəziyyətdə yaxşılaşdırma bütün kampaniyanın effektivliyinin meyarlarından biridir. Saytın strukturunu araşdırarkən seo xidməti göstərən mütəxəssislər əgər vacib olarsa saytın strukturunun yaxşılaşdırılması ilə bağlı tövsiyələr verə bilərlər.

Saytın kompleks yaxşılaşdırılması

Bu mərhələdə sayta təsir edən kompleks amillərlə iş görülür.

 

 

SEO Mütəxəssisi