+994709659493 [email protected] Əhməd Rəcəbli 11, Bakı

Seo xidməti ilə bağlı ən çox verilən suallar

Bu günki gündə SEO xidməti ilə bağlı ən çox aşağıdakı sualları məndən soruşurlar.

1)Saytın SEO xidməti vasitəsilə təşviqatı başlayandan sonra neçə ay sonra açar sözlər üzrə birinci səhifəyə çıxacağıq?

Bu barədə deyə bilərik ki, əsas sözlərin çətinliyindən, rəqabətlilikdən asılıdır. Açar sözlər var ki, o açar sözlər üçün nəticələri artıq ilk aydan görmək olur. Amma elə açar sözlər var ki , onlar üçün nəticələri 6 aydan sonra görürük.

Məsələn :

kafe sözünün çətinlik dərəcəsi 6, restoranlar sözünün dərəcəsi 1-dir. Amma restoranlar siyahısı açar sözünün çətinlik dərəcəsi yoxdur və o açar söz az axtarılır və söz üzrə təşviqat daha asanddır.

 

2) İnternet maqazin yaradılandan sonra onu nə vaxt SEO mətnlərlə doldurmaq və xarici linklər almaq lazımdır?

Saytın strukturunu nə qədər tez tələblərə görə yaratsaz və kontenti,meta məlumatları , daxili linkləməni atsaz bir o qədər tez trafik gələcək. Əlbəttə bunu gec də  edə bilərsiniz əgər əlinizdə kifayət qədər vəsait yoxdursa. Bunun ziyanı olmayacaq , amma nəticəni onda ya gec görəcəksiz ya da ümumiyyətlə görmüyəcəksiz.

3) 2019-cu ildə google-da saytın üstlərdə çıxmasına hansı amillər təsir edəcək ?

Texniki

  • Mobile-friendly
  • Saytın sürəti
  • HTTPS qoşulması

Kontent

  • Səhifələrin  başlıqları
  • Kontentin uyğunluğu. Onun açar sözlərə uyğun doldurulması. Kontentiniz unikal olmaqdan əlavə həmçinin optimizasiya olunmuş olmalıdır və sizin saytın mövzusuna uyğun olmalıdır.

Hərəkət

  • Saytın başlıqlarının optimizasiya olunması nəticəsində onun kliklənmək ehtimalını (CTR) artırır.
  • Əvvəllər Google bunu inkar edirdi , amma təcrübəmiz bunu göstərir ki, saytın başlıq və description nə qədər düzgün qurulubsa bir o qədər CTR yüksək olacaq.

Yerləşmə

  • Sayt yerləşdiyi regiona bağlı olmalıdır
  • Saytın əlaqələrinin olması

Saytın təşviqatını apararkən ilk növbədə rəqibləri analiz edərək onlara istinad etmək lazımdır.

4) Hansı SEO alətlərdən istifadə edirsiniz?

SEO xidməti üçün bir çox alətlərdən istifadə edirik. Ödənişli alətlərdən Semrush , Ahref istifadə edirik. Ödənişsiz alətlərdən isə Google Search Console, Google Analytics , Yandex Metrica və s.

5) Saytın daxili optimizasiyası necə həyata keçirilir?

Kontentin optimizasiyası , saytın başlıqları , alt başlıqları , şəkillərin alt tegləri , linklər , daxili linkləmə , istifadəçilərə uyğun daxili kontentin yaradılması ilə optimizasiya olunur.

6) WordPress-də yaradılmış saytları SEO xidməti vasitəsilə irəli çəkmək  mümkündürmü?

Bu günki günümüzdə WordPress və digər populyar idarəetmə sistemləri axtarış sistemlərinə uyğun olaraq təmiz HTML kod yaradırlar. Həmçinin müxtəlif plugin-lər vasitəsilə saytı daha təkmilləşdirmək mümkündür.

7) Saytın SEO xidməti vasitəsilə əldə olunan nəticələrinin hesabatını necə təqdim edirsiniz?

Saytın SEO xidməti vasitəsilə əldə olunan nəticələrini Google Analytics, Google Search Console , Ahref kimi alətlərdən reportlar-ı çıxardırıq , əvvəlki vəziyyətlə indiki vəziyyət arasındakı fərqi hesabat formatına gətirib göstəririk

 

 

SEO Mütəxəssisi