+994709659493 [email protected] Əhməd Rəcəbli 11, Bakı

Saytınızın sərbəst SEO-sunu aparmaq üçün nədən başlamaq lazımdır?

Əgər siz SEO-ya üstünlük vermisinizsə  onda ilk növbədə  onun iş və prinsiplərini bilməlisiniz. Heç bir dərslikdə və ya hər hansı praktikada bu   alqoritmləri öyrənə bilməyəcəksiniz . Biz isə hesab edirik ki, bir çox SEO şirkətləri məhz aşağıda qeyd olunan yolda irəliləyərək müəyyən biliyə sahib ola bilərlər. 

Mərhələ 1. Yeni yaradılan sayt üçün hədəflərimizi təyin edirik.

Beləliklə, əgər siz yeni sayt yaratmaq və onu inkişaf etdirmək istəyirsinizsə ilk öncə hədəfləri təyin etməlisiniz. Bu zaman özünüzə növbəti sualları verərək dəqiq cavabları düşünün.

  1. Niyə məhz sizin saytınız ilk siyahıya düşməlidir?
  2. Verilən  saytla  nəyə nail olmaq istəyirsiniz?
  3. Saytınızın effektli olmasını necə yoxlayacaqsınız?

Bu suallara cavab tapdığınız təqdirdə bundan sonraki hədəfləri izləməlisiniz.
Bəs sizin fikrinizcə hansı sorğular istifadəçi üçün  axtarış sistemində yüksək yer tutur?

İstifadəçilər sorğuları  yeni yaratdığınız saytınızın irəliləməsində mühüm yer tutur. Ona görə də ilk öncə saytınıza dair verilən məlumatların dəvamiyyətini yüksəltmək lazımdır. Ardınca saytınız üçün  daimi  müştərilər tapmaq və məqsədli auditoriyanı özünüzə cəlb etməlisiniz. Saytınızın xidmət və məhsullarını   auditoriyanın sorğularına görə seçməlisiniz.

Hədəflərinizdən əlavə, sayt yaratdığınız təqdirdə plandaki digər addım əslində qarşınıza qoyduğunuz məqsədlərinizdir. İşinizi təhlil etmək və daima inkişaf etmək üçün seçdiyiniz məqsədlərə diqqət ayırmalı, analiz metodlarından düzgün istifadə etməlisiniz. Məqsədləriniz nə qədər böyük olursa olsun, daima kiçik hədəflərlə o məqsədə nail olmağı planlaşdırın.

Mərhələ 2. Semantik nüvəni formalaşdırmaq.

Növbəti mahiyyətdə axtarış zamanı saytınız üçün düzgün sualların verilməsidir.

Bu mərhələdə potensial auditoriyanın anlamasını tələb etmək üçün düzgün sualların verilməsi üçün onlarda maraq oyatmalısınız. Düzgün sualların qoyulması dedikdə, özünüzü potensial auditoriyanın yerinəq qoymaq və təsəvvürünüzdəki öz  saytınız  üçün  kömək olacaq suallar verməkdir. Sorğular hər zaman saytınızın məzmununa uyğun olmalıdır ki, axtarış sistemində sizin  saytınız göstərilsin.

Əgər siz peşəkarsınızsa, onda istifadə olunan sualların necə düzgün verilməsini biləcəksiniz. Lakin bu işə yeni başlamışsınızsa verəcəyimiz nümunə ilə xidmət məhsulunuzun axtarışında istafadə olacaq suallarla birlikdə açar sözlərini də  müəyyən etməlisiniz.

Tutaq ki, televizor sifarişi vermək istəyirsiniz. Ağlınıza ilk olaraq bu televizoru haradan alacağınız, daha sonra isə evə necə çatdırılacağı olacaqdır. İnternet üzərində bu sualları tapmaq üçün  ilk növbədə axtarış bölməsində “televizor”  və ya  digər  açar sözlər vasitəsilə axtaracaqsınız.  Açılan səhifədə saytların siyahısı ilə tanış ola bilərsiniz.. Onlardan hər hansı birini seçərək istədiyiniz məhsulu sifariş verə  bilərsiniz. Ən yüksək axtarışa malik olan sorğular hər zaman axtarış sistemlərinin ilk sıralarında yerləşir və bu, saytların nüfuzunun yüksək olması ilə bərabər keyfiyyətini də əks etdirir.

Yüksək axtarışı olan açar sözlər müəyyən olunduqdan sonra alt hissədə aşağı tezlikli nəticələr göstərilir. Sorğu verdiyimiz zaman ilk növbədə bütün sualları nəzərdən keçirtmək lazımdır. Yəni açar sözlərdən istifadə edərək axtardığınız məlumatı tez bir zamanda əldə etmiş olacaqsınız.

Məsələn,televizor sifarişi etmək üçün “televizor”, “televizorların çatdırılması”, “televizorların sifarişi”, “televizor  Bakıda” və s. kimi açar sözlərindən istifadə olunur.

Mərhələ 3. Yenilik üçün mütəmadi olaraq rəqiblər təhlil edilməlidir. 

Semantik  nüvə yaratmaq üçün mütləq şəkildə bazarı təhlil etməli və rəqibləri müəyyən etməlisiniz. Yeni bir saytın təşviqatına bunların çox böyük təsiri  var. Siz rəqiblərinizin açar sözlərindən tez tez istifadə edəcəksiniz.

Mərhələ 4. Yaratdığınız saytı yoxlayın. 

Sayt yaratmaq üçün rəqiblərimizi təhlil edib, açar sözlərindən istifadə etirik. 

SEO audit yoxlanması SEO sahəsində müəyyən təhlil bacarıqları və bilikləri olan bir şəxs tərəfindən aparılmalı olan böyük bir iş mərhələsidir. Bunun üçün siz bizim ödənişsiz SEO audit xidmətimizdən yararlana bilərsiniz. 

Rəqiblərimizi tanıdıqdan sonra saytımızın üzərində  işləməyə başlayacayıq. Bu saytın təşviqatı  üçün  ciddi hazırlıq görməliyik ki, daha sonra bizim üçün problemlər çıxmasın. Bu kiçik nuansı çox vaxt müştərilər nəzərə almırlar. 

Mərhələ 5. Daxili optimallaşdırmaya keçməlisiniz. 

Daxili optimizasiya SEO xidmətinin ən vacib mərhələsidir. Yeni saytın gələcək irəliləyişi daxili optimizasiya ilə bağlıdır. Bu mərhələdə sayt təşviqata  hazırlaşır: axtarış sistemində görünən olur. Təkcə axtarış sistemin də  deyil, sayt ziyarətçilərin də maraq dairəsində olur.

Saytın daxili  optimizasiyası  üçün əsas mərhələlər. 

1. Saytın irəliləməsi üçün açar sözlər qrupundan istifadə etməliyik. 

Əlbəttə ki, yaratmaq istədiyiniz saytda bütün açar sözlərdən istifadə etmək qeyri-mümkündür. Optimizasiya üçün semantik nüvənizə uyğun olan açar sözlərdən istifadə etməlisiniz. Etdiyiniz təqdirdə  axtarış bölməsində bu frazalar altında sizin saytınız optimizasiya olacaq..

Bir qayda olaraq yüksək axtarışı olan açar sözlər  altında əsas səhifə optimallaşır. Orta yüksəkliyə malik olan sorğular altında ikinci səviyyənin səhifələri, aşağı tezliklərin altında isə sonda qalan məqalələr, onlayn mağazalarının məhsullarının təsvirləri yerləşdirilir.

Axtarış sistemlərində  əsas pay yüksək tezlikli açar sözlərə düşür. Onlardan sonra isə digər sorğular kiçik paya sahibdirlər.

2. Kontentin optimizasiyası.

Kontent yeni yaranmış saytlar üçün çox vacib məsələdir. Seçilmiş saytları tanıtmaq üçün kontentin məzmununa uyğun açar sözlərdən istifadə olunmalıdır. Bəs kontentin optimizasiyası üçün nələr lazımdır?

  1. Html-sənədin (səhifələrin) başlığını optimallaşdırmaq.
  2. Mətnin redaktəsi. Düzgün mətn redaktəsi saytın başlığı və saytı ziyarət edənlər üçün çox önəmlidir. Diqqət çəkən başlıqlarla daha böyük auditoriyanı cəlb edə bilərsiniz.
  3. Başlıqların və müşayiət edən elementlərin (təsvirlər, sxemlər və atributların və s.) redaktəsi.
  4. Əsas səhifələrin keyfiyyətinin artırılması və dizaynının yaxşılaşdırılması. Saytda yeni funksiyalara diqqət verilməlidir. 

Mərhələ 6. Sayt daxilində istinadların optimizasiyası.

Yenidən əlaqə, axtarış hissəsində yüksək tezliyə malik olan sorğulara uyğun olaraq yaradılır. Aydın məsələdir ki,  hər hansı məlumatı axtarırıqsa qarşımıza çıxan ilk sayta daxil oluruq. Bu sayta daxil olmağımızın səbəbi axtarış həcminin  böyük olması ilə bağlıdır.

Məsələn, mağazalar zəncirinin sahibisiniz.  Bu mağazalardan biri şəhər mərkəzində, digərləri isə kənddə yerləşir. Təbii ki, alıcıların daha çox diqqəti şəhərdəki mağazaya yönəldiləcəkdir.  Bunun da səbəbi  ərzaq məhsullarının mütəmadi olaraq yenilənməsidir.

SEO optimallaşdırması isə tam olaraq belədir: Maksimum axtarış həcminə malik olan saytlar maksimum geri dönüşə yönəlməlidir. Bu səbəblə onlar daima axtarış hissəsində yüksəkdə olmağa çalışırlar. Bu yüksəkliyə nail olmaq üçün məlumatları mütəmadi olaraq olaraq yeniləmək lazımdır.

Mərhələ 7 . Saytı axtarış sistemlərinə əlavə edirik. 

Daxili optimizasiyası yekunlaşan  saytları axtarış sistemlərinə əlavə etməlisiniz ki, daha çox istifadəçi tərəfindən kəşf edilsin. Bu təbii ki, zəruri deyil. Çünki axtarış sistemi maraqlı materialları tapmağı bacarır, amma saytın təhlükəsiz olması üçün mənbənin keyfiyyətli olmalı zəruridir.

Mərhələ 8. Xarici optimizasiyaya başlanmalıdır.

Yeni saytın irəliləyişi daxili optimallaşdırmasız olmadığı kimi, xarici optimallaşdırmasız da mümkün deyil.  Çünki axtarış sistemləri xarici istinadlarla birlikdə işləyir. Bu istinadlar əsasən saytın populyarlığını və reytinqlərini müəyyən edir.

Sadaladığımız addımları hamı yerinə yetirə bilər. Lakin axtarış sistemlərində ilk sıralarda olmaq üçün xarici optimizasiya üçün mütləq aparılmalıdır. Xarici Optimizasiya SEO xidmətinin əsas mərlələrindən  biridir. Bunun sayəsində yeni yaratdığınız sayt istifadəçilər tərəfindən ilk nəzərə çarpacaqdır.

Xarici istinadlar xüsusi mənbələrdə yerləşdirilməsi həm pullu, həm də pulsuzdur. Bunu etmək üçün oxşar mövzuları olan saytlar,  portallar , məqalə bazalarından istifadə edə bilərsiniz.

Xarici optimizasiyanın bir çox üsulu vardır. Özünüzü sadəcə bildiklərinizlə məhdudlandırmayın. Hər zaman yeni məlumatlar üçün forumlardan, bloglardan və yeni bağlantılardan istifadə edin. Bunu etdiyiniz zaman rəqiblərinizə qarşı güclü metodlarınız və yüksək keyfiyyətə malik saytınız olacaqdır.  Bu proseslər uzun vaxt tələb etsə də, saytınızın və işinizin böyüməsi üçün buna dəyər.

Bununla birlikdə, xarici optimizasiyaya həddən artıq həvəsin yaranması bəzi hallarda  xoşagəlməz hadisələrlə nəticələnir. Məsələn, bir çox “optimizasiyaçılar”  hər hansı bir saytı təşviq   edərək, ziyarətçiləri sayta gətirir. Ziyarət zamanı isə o saytın əslində spam olduğunu anlayırıq.

SEO Mütəxəssisi