+994709659493 [email protected] Əhməd Rəcəbli 11, Bakı

Sayt üçün SEO xidməti niyə sifariş etmək lazımdır ?

Markanın İnternetdə tanıdılması bu günə qədər ən perspektivli marketinq strategiyalarından biridir. Yeni saytlar və xidmətlərin sayının daim artması, həmçinin onlayn xidmətlərin inkişafı sayəsində seo xidmətinə  ehtiyac getdikcə daha da vacibləşir.
Hədəf auditoriyasını ilk baxışdan göründüyü kimi maraqlandırmaq asan deyil. Sayta diqqəti cəlb etmək üçün yalnız bir dəfə deyil, mütəmadi olaraq mütəxəssislərin köməyi tələb olunur.

Ancaq seo mütəxəssislərinə müraciət etsəz də , dərhal nəticə gözləməməlisiz. Müəyyən axtarış sorğuları üçün optimizasiya dəqiq tənzimləməyə əsaslanır, nəticəsi yalnız 3-6 aydan sonra bəlli olur. Bunun səbəbi, ondadır ki,  axtarış sistemləri: Yandex və Google saytlar üçün təkrar indeksasiyanı çox gec həyata keçirir.

Sayt axtarış nəticələrinin sıralamasında  yüksəlməzdən əvvəl, axtarış sistemləri müəyyən alqoritmlərdən istifadə edərək müxtəlif testlər aparır. Bu testlərə texniki parametrlər , istifadəyə rahatlılığı  və digərləri aiddir. Bütün bu görünməz işlər görüləndə sayt ilk onluğa daxil olur.

Beləliklə, saytı  seo xidməti vasitəsilə  təşviq etmək ucuz və effektiv bir seçimdir. Saytınız üçün SEO xidməti  sifariş verərsiz və bundan sonra saytınız istifadəçilər üçün nəzərə çarpan olur, yəni axtarış zamanı tez tapılır. Bu günki günümüzdə SEO qiymətləri çox münasibdir.

Bəzi müştərilər tutarlı bir sualı olur: niyə ilk onluğa girmək vacibdir ?

Saytın ilk 10-luqda olması onun nüfuzunu göstərir. Əvvəllər nüfuzun gözəl bir ofis, super məhsul təqdimatları tərəfindən təyin olunduğu təqdirdə, bu gün müştəri inamı şirkətin İnternetdəki təqdimatı ilə əlaqələndirilir.

Sayt sıralanmada  nə qədər yüksəkdirsə, mövqeləri nəzərə alınan şirkət daha etibarlı və təsdiqlənmişdir.

Saytın  ilk onluğa daxil olmasının digər vacib bir üstünlüyü: potensial müştəri axınının təmin edilməsidir.

İstifadəçilərin psixologiyası belədir – onların 90% -dən çoxu axtarış nəticələrini birinci səhifəsindən digər səhifələr keçmirlər . Gerçəklik budur: sayt  nə qədər aşağıda olsa bir o qədər müştərilər tərəfindən tapılmayacaq.

Saytın SEO xidməti vasitəsilə ilk səhifəyə qaldırılmasını  sifariş etmək sizin sayta sabit trafik  və yaxşı qazanc təmin edəcək.

SEO Mütəxəssisi