+994709659493 [email protected] Əhməd Rəcəbli 11, Bakı

Google My Business nədir və o biznesə niyə lazımdır

Google My Business nədir və niyə biznes  üçün vacibdir

Google My Business (GMB) axtarış sistemlərində və Google Xəritədə şirkət məlumatlarını idarə etməyə imkan verən bir vasitədir. Sadə sözlərlə – bu sizin biznesinizin şəxsi profilidir.  Qeydiyyat pulsuzdur və üstünlükləri həddən çoxdur. Biznesinizin inkişafı üçün bu güclü vasitəni necə düzgün istifadə etməyiniz və şirkətinizə GMB-nin nələri verə biləcəyini bu məqalədə aydınlaşdıracağıq..

Şirkətiniz haqqında məlumatların harada göstərildiyi

Google My Business-də qeydiyyatdan keçdikdən sonra şirkətiniz təşkilat və ya onun filialı haqqında ətraflı məlumat olan “şəxsi profil” alacaq. Bu məlumat aşağıdakı yerlərdə  göstərilə bilər:

  1. Axtarış nəticələrinin sağında;
  2. Axtarış nəticələrindən yuxarıda və ya aşağıda;
  3. Google Xəritələrdə.

 

Bir istifadəçi sizin şirkətinizi  o vaxt görə bilər ki, əgər:

Google-a birbaşa müraciət edəcəkdir (şirkətinizin, markanın adı ilə) – bu vəziyyətdə dərhal profiliniz sağ  paneldə və ya xəritələrdə göstərilir;

Açar sözlər (məhsul / xidmət adı) ilə axtarış aparacaq – istifadəçi sorğusuna uyğun və yaxınlığında bir neçə şirkətin siyahısını görəcək.

Google dəstəyinə görə, bu bloklarda məlumatların göstərilməsi çoxlu sayda faktorlardan asılıdır, bunlar arasında istifadəçinin yeri, şirkətin populyarlığı və axtarış sorğusuna uyğunluğu mühüm rol oynayır.

Local Pack və ya Google Maps-da reytinqi pul ilə artırmaq olmaz. Axtarış sistemləri xüsusi alqoritmlərdən istifadə edir ki, bütün şirkətlər üçün eyni mühiti yaratsın. Ancaq Google Ads qoşmaqla reklam verərək ən yuxarıda görünmək mümkündür.

Sizin Google My Business profiliniz bir növ onlayn vitrin rolunu oynayır.Burada aşağıdakı məlumatlar yerləşdirilir:

  • Sizin şirkət haqqında ətraflı məlumat
  • Google Maps məkanına aid əlaqə məlumatları
  • Şəkillər,videolar və profilin sahibinin postları
  • Rəylər , müştəri sualları və onlara cavablar

Google My Businss sizin biznesə niyə lazımdr ?

Google My Business bir sıra vacib üstünlüklərə malikdir, bunlardan ən başlıcası şirkətinizin axtarış nəticələrində tanıdılmasıdır. SEO strategiyası ilə birlikdə, bu daima axtarışın yuxarsında olmağa imkan verir.

 

Xidmət həmçinin sizə imkan verir ki:

sayta pulsuz hədəf trafik cəlb edəsiz,  yaxınlığınızda olan və hazırda sifariş verməyə hazır olan yeni müştərilər əldə edəsiniz;

“mini-sayt” yaradasız – hələ öz  saytınız yoxdursa, ətraflı məlumat olan bir profil, habelə yüksək keyfiyyətli foto və ya video materiallar vizit kart rolunu oynaya bilər və müştəriləri marka ilə tanış edə bilər;

Şirkət məlumatlarını tez bir zamanda yeniləsiz, həmçinin rəqibləri izləyəsiz;

maraqlı nəşrlər və ziyarətçilərin təbii rəyi ilə marka etimadını və nüfuzunu artırmaq;

vaxtında cavab verin. Baxış və suallarla işləmək müştərinin sədaqətini artırır;

istifadəçi davranışını təhlil edəsiz: haradan gəldikləri və necə məlumat axtardıqları.

Google My Business profiliniz yoxdursa, rəqiblər arasında görünməz olacaqsınız və müştəriləriniz sizi görməyəcək..

 

SEO Mütəxəssisi