+994518959493 [email protected] Azure Biznes mərkəzi

Digital marketing nədir

Digital marketing,istehlakçılarla qarşılıqlı fəaliyyətin bütün mərhələlərində istifadə olunan rəqəmsal texnologiyalardan istifadə edərək xidmət və malların təşviqatını əhatə edən marketinq sahəsidir. Digital marketingdə brendin təşviqatı və müştərilərin bütün mümkün rəqəmsal kanallarla cəlb olunması həyata keçirilir.İnternet-marketinqdən fərqi ondadır ki, o internetdən əlavə , offlayn alətlədən ( sms, mobil tətbiqlər, ağıllı qadjetlər , qr-code vəs ) istifadə edilir. Bir sözlə Digital marketing məhsul və ya xidmətin kompleks (onlayn + offlayn)  təşviqatıdır.

Digital marketingə ən çox ehtiyac B2B , B2C sahələrindədir. Qabaqcıl rəqəmsal texnologiyalardan istifadə maksimum hədəf istehlakçılarına çatmağa və bu yanaşmanın yüksək səmərəliliyini təmin edən onlarla qarşılıqlı təsir effektivliyini yaratmağa imkan verir. İngilis dilindən tərcümədə digital – rəqəmsal deməkdir. Azərbaycanda daha çox rəqəmsal marketinq anlayışı əvəzinə digital marketing anlayışından istifadə olunur

Digital marketingin strategiyası

  • hədəflərin müəyyən olunması.

Bu mərhələdə biznesin hədəflərinə uyğun olaraq digital-strategiya formalaşdırılır.

  • hədəf auditoriyanın müəyyən olunması.

hədəf auditoriya və hadisələri müəyyənləşdirin.

  • unikal təklif formalaşdırın.
  • alət və texnologiyaları analiz edin.

Şirkətin əlində olan daxili və xarici rəqəmsal alət və kanalları  diqqətlə analiz edin. Həmçinin mövcud olan , amma bu vaxta kimi istifadə olunmayan alət və kanalları qiymətləndirin. Hər bir kanal )sayt , sosial şəbəkələr , mobil qurğular , ERP və s) üçün hədəfləri, vəzifələri və əsas çətinlikləri formalaşdırın.

  • kontent – strategiya

Kontent strategiyanı diqqətlə inkişaf etdirmək lazımdır. Ətraflı olaraq auditoriya , ona kontentin çatdırılması üsul və vaxtını nəzərə almalısınız. Ən vacibi isə hədəflərinizdən uzaqlaşmayın.

  • həyata keçirilmə

Tapşırıqların aktuallığına, əhəmiyyətinə, qrafiki, büdcəsinə və digər mövcud mənbələrə əsasən prioritetləşdirin. Sonra onları işçilər arasında bölüşdürün və KPİ-ləri təşkil edin.

  • nəticənin əldə olunması

Hər mərhələ  üçün nəticələri necə yoxlayacağınızı müəyyənləşdirin.

  • nəticələrin düzəldilməsi

Əvvəlki bütün mərhələləri  başa vurduqdan sonra, onları diqqətlə təhlil etməli, problemli sahələri tapmalı və səmərəliliyi artırmaq üçün iş proseslərində dəyişiklik etməlisiniz.

Digital marketingin üstünlükləri

  • Daha geniş hədəf auditoriyası ilə qarşılıqlı əlaqələrin qurulması
  • Qısa müddətdə daha çox potensial müştəriyə məlumat çatdırmaq
  • Auditoriyaya daha güclü təsir göstərir
  • Brendin tanıdılması və müştəri sədaqətinin artırılması
  • Marketinq kampaniyasının nəticələrinin şəffaflığı və eyni vaxt düzəlişlərin aparılmasının mümkünlüyü
  • Ənənəvi reklamla müqayisədə daha aşağı xərclər.

Digital marketingin əsas alətləri

Digital marketing alətləri bir çox insanı xəbərdar etməyə, potensial müştərilərin diqqətini bir şirkətə, markaya, xidmətə və ya məhsula cəlb etməyə imkan verən bütün vasitələri əhatə edir. Çox vaxt eyni vaxtda bir neçə alət istifadə olunur ki, bu da maksimum hədəf auditoriyasına çatmaq və yüksək təşviqat effektivliyinə nail olmaq imkanı verir. İstifadə olunan vasitələrin siyahısı marketinq kampaniyasının məqsədlərindən, həyata keçirilmə mərhələsindən, hədəf auditoriyanın xüsusiyyətlərindən, təbliğ olunan məhsuldan və s asılıdır.

Digital marketingin əsas vasitələri aşağıdakılardır : 

Sosial şəbəkələr

Bu kanal effektivliyinə görə markalar tərəfindən getdikcə daha çox istifadə olunur. Burada post və hədəf reklamların köməyi ilə müştəriləri cəlb edə  və onlarla birbaşa əlaqə qura bilərsiniz. Maraqlı və faydalı postlar, müsabiqələr və anketlər yaratmaq hədəf auditoriyanın diqqətini cəlb edir və markanın tanınmasına yaxşı təsir göstərir.

Öz blogunuz

Faydalı məqalələrin müntəzəm yazılması hədəf auditoriyanın diqqətini və sədaqətini cəlb etməyə də müsbət təsir göstərir. Yeganə şərt budur ki, bütün məlumatlar dinləyiciləriniz üçün həqiqətən faydalı və maraqlı olmalıdır.

Mobil tətbiqetmələr

İstifadəçilərin əksəriyyətinin telefonlardan İnternetdən istifadə etdyini görə bilərsiniz. Bu digital marketing üçün  faydalıdır. Mobil tətbiqetmələr istifadəçinin ehtiyac duyduğu məlumatı daha sürətli və rahat  tapmağı, habelə mal və xidmətlərə sifariş verməsini asanlaşdırmaq,  üçün hazırlanmışdır. Adamlar telefonlarına bir neçə klik etməklə onlara lazım olanı ala bilirlər. Onlayn mağazalar, taksi və qida çatdırılması xidmətləri, otellər, faydalı bloglar – bütün bu sahələrdə mobil tətbiqetmələrin mühüm rolu vardır

Email marketing.

Bu kanal xəbərlər, məqalələr və kommersiya təkliflərini dəqiq şəkildə bölüşməyə imkan verir. Müvafiq auditoriya seçməklə  email marketingdən  əla nəticələr əldə etmək olar.

SEO xidmeti

Axtarış sistemlərinin optimizasiyası ilk nəticələrin görünməsi üçün xeyli vaxt lazımdır, eyni zamanda kontekstli reklamdan amma  daha ucuzdur. Vaxt və xeyli səy sərf edərək bu kanaldan çox uzun müddət ərzində çoxlu sayda müştərilər cəlb edə biləcəksiniz.

Kontekst reklam. 

Yuxarıda qeyd edildiyi kimi, kontekst reklam xeyli investisiya tələb edir. Bununla birlikdə, onun gücü reklam kampaniyasının başlamasından dərhal sonra müştərilərin demək olar ki, dərhal qəbul edilməsində olur. Reklam və səriştəli auditoriya tənzimləməsinə müntəzəm büdcə sərmayələri rəqəmsal marketinqi inkişaf etdirərək daim yeni müştərilər qəbul etməyə imkan verəcəkdir.

Banner reklamı

Hər hansı saytlarda qrafik bannerlər yerləşdirilir.

Mediya

Doğru auditoriyanın iştirak etdiyi məşhur xəbər saytlarında yayımlanan məlumatlar marka tanıtımını və etimadını artırır

Radio reklamı

Bu da təklifinizi geniş auditoriyaya çatdırmaq üçün olduqca bahalı, lakin təsirli bir vasitədir.

Nativ reklam

Populyarlıq qazanan bir kanal. Məşhur bloggerlərlə əməkdaşlıq şirkətlərə inanılmaz nəticələr gətirir. Bu kanalın əsas üstünlüyü birbaşa reklamın olmamasıdır. Brend haqqında məlumat asanlıqla və maneəsiz olaraq qəbul edilir.

Televiziya reklamı

Onlayn reklamdan xeyli baha başa gəlir, lakin bu, müxtəlif yaş auditoriyasına çatmağa imkan verir.

QR kodları

Bu üsul tez-tez tətbiqlərin quraşdırılmasını stimullaşdırmaq, digər rəqəmsal məhsul və ya xidmətlərdən istifadə etmək üçün tətbiq olunur.

Digital marketingdə rəqəmsal texnologiyalara əsaslanan digər vasitələrdən istifadə edilə bilər: bir reklam təklifindən tutmuş e-poçta və ya abunəçilərin xətdə qalması üçün istifadə olunan melodiyalara qədər. Bir reklamda QR kodu varsa (yəni rəqəmsal texnologiyaların istifadəsini nəzərdə tutursa), qəzet və ya fleyer kimi ənənəvi vasitələr də digital marketingdir.

 

 

 

SEO